"Fənərbaxça" transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış hücum xəttini gücləndirmək istəyir.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Partizan"ın forvardı Mateus Saldanyanın keçidini tamamlamaqda israrlıdır.
Türkiyə klubu 24 yaşlı futbolçu üçün təklifini növbəti dəfə artırmağa hazırlaşır. Daha əvvəl 6 milyon, sonra 8 milyon avroluq təklifi rədd edilən "Fənərbaxça" Serbiya klubuna 12 milyon avroluq təkliflə müraciət edəcək.
Qeyd edək ki, Mateus Saldanya 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Neftçi"də keçirib. "Sambaçı" Azərbaycan təmsilçisinin heyətində meydana çıxdığı 20 rəsmi matçda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.