16 yaşlı futbolçu "Real"ı İSTƏMİR
30.03.2024 - 19:46
16 yaşlı futbolçu "Real"ı İSTƏMİR

Yarımmüdafiəçi İaqo klubun ona münasibətindən məyus olduğu üçün "Real"dan ayrılmaq istəyir.

Apasport.az xəbər verir ki, 16 yaşlı futbolçu ona güvənəcəyi bir kluba keçmək istədiyini bildirib.

O, İspaniya U-17 millisində çıxış edib. Yaqo hələ "Los Blankos"un əsas və gənclərdən ibarət komandalarında oynamayıb.

writer photo
Əlirza Əlirzalı
0