20 ilin məhsuldarlıq rekordu
22.12.2023 - 15:55
20 ilin məhsuldarlıq rekordu

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin 8 oyununda 36 qol vurulub. 

Apasport.az xəbər verir ki, qeydə alınan məhsuldarlıq bu mərhələnin 8 matçı üçün turnirin tarixində ikinci göstəricidir. 

Bu raundun iki matçdan ibarət olduğu illərdə ilk oyunlar və cavab görüşlərinin məhsuldarlığı ayrı hesablanır. Yalnız bir dəfə 1/8 finalın səkkiz görüşündə daha çox qol qeydə alınıb. 2003/04 mövsümünün ilk oyunlarında 37 qol vurulub. Sonrakı 20 mövsümün mütləq rekordu isə cari turnirə təsadüf edib.

Mövsümün ümumi məhsuldarlığı da yüksək olması ilə seçilir. Təsnifat mərhələləri və 1/8 finaldan sonra ümumilikdə 94 qol qeydə alınıb. Bu, son 15 mövsüm üçün mütləq rekorddur. Sonuncu dəfə 2008/09 mövsümündə daha çox qol vurulub. Həmin vaxt futbolçular 95 dəfə fərqləniblər.

writer photo
Əlirza Əlirzalı
0