2022-ci ilin ən yaxşıları açıqlandı
26.12.2022 - 21:21
2022-ci ilin ən yaxşıları açıqlandı

Azərbaycan Gənclər və İdman Nazirliyi 2022-ci ilin ən yaxşılarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, bu, ilin yekunlarına həsr olunan tədbirdə gerçəkləşib.

2022-ci ilin ən yaxşılarının seçimi 3 mərhələdə aparılıb. Birinci mərhələdə Olimpiya idman növləri üzrə federasiyalar nominasiyalar üzrə öz namizədlərini təqdim ediblər. Ardınca sosial media vasitəsilə aparılan səsverməyə 5000-dək idmansevər qatılıb. Üçüncü mərhələdə nazirlikdə yaradılmış münsiflər komissiyanın rəyi də nəzərə alınmaqla qaliblər müəyyənləşib. Namizədlər seçim zamanı federasiyalardan 50 faiz, izləyicilərdən 30 faiz, xüsusi münsiflər komissiyasından isə 20 faiz səs alıblar.

2022-ci ilin ən yaxşı qadın idmançısı 
1. Anna Başta (qılıncoynatma)
2. Gövhər Beydullayeva (şahmat)
3. Zöhrə Ağamirova (bədii gimnastika)
 

2022-ci ilin ən yaxşı kişi idmançısı 
1. Eldəniz Əzizli (yunan-Roma güləşi)
2. Abdulla Qədimbəyli (şahmat)
3. Hidayət Heydərov (cüdo)

2022-ci ilin ən yaxşı qadın komandası 
1. Bədii gimnastika qrup hərəkətləri komandası
2. Voleybol üzrə milli komanda
3. Qılıncoynatma üzrə mili komanda
 

2022-ci ilin ən yaxşı kişi komandası 
1. “Qarabağ” FK
2. Minifutbol üzrə milli komanda
3. Basketbol 3x3 üzrə milli komanda
 

2022-ci ilin ən yaxşı məşqçisi 
1. Qurban Qurbanov (“Qarabağ” FK)
2. Aleksandr Tarakanov (yunan-Roma güləşi)
3. Siyana Vasileva (bədii gimnastika)
 

2022-ci ilin hakimi 
1. Əliyar Ağayev (futbol)
2. Nazim Umbayev (cüdo)
3. Anar Babanlı (boks)
 

2022-ci ilin idman tibb personalı 
1. Aydın Ağaliyev (gimnastika)
2. Raif Refetov (gimnastika)
3. Natiq Süleymanov (futbol)
 

2022-ci ilin idman federasiyası 
1. Azərbaycan Cüdo Federasiyası
2. Azərbaycan Gimnastika Federasiyası
3. Azərbaycan Güləş Federasiyası
 

2022-ci ilin idman klubu 
1. “Qarabağ” FK
2. “Ocaq” gimnastika klubu
3. “Neftçi” PFK
 

2022-ci ilin Olimpiya İdman Kompleksi 
1. Göygöl OİK
2. Şəki OİK
3. Gəncə OİK
 

2022-ci ilin idman qurğusu 
1. Su İdmanı Sarayı
2. Mili Gimnastika Arenası
3. “Kür” Olimpiya Tədris İdman Mərkəzi
 

2022-ci ilin Uşaq-Gənclər İdman Məktəbi 
1. 1 saylı Uşaq-Gənclər İdman Şahmat Məktəbi (Sumqayıt)
2. “Vətən” RİOEUG Futbol Məktəbi
3. Şabran UGİM
 

2022-ci ilin Ədalətli oyun (Fair Play) mükafatçısı 
1. Qurban Qurbanov (“Qarabağ” FK)
2. Aydan Məmməd Həsənova (badminton)
3. Elnurə Məmmədova (güləş)
 

2022-ci ilin idman tədbiri 
1. “Prezident kuboku” reqatası (Suqovuşan-Mingəçevir)
2. Şəkidə “İdman Festivalı 2022”
3. Yunan-Roma güləşi üzrə dünya kuboku
i

2022-ci ilin idman kəşfi 
1. Gövhər Beydullayeva (şahmat)
2. Abdulla Qədimbəyli (şahmat)
3. Ramil Vəlizadə (üzgüçülük)
 

2022-ci ilin ən fəal idman jurnalisti 
1. Gəray Qiyasov (Real TV)
2. Sənan Şəfizadə (ATV)
3. Zəki Feyzullayev (Azerisport)
 

2022-ci ilin idman fotoqrafı 
1. Dilavər Nəcəfov (AGİN)
2. Valeri Xlızov (AGF)
3. Zaur Mustafayev (Trend)
 

2022-ci ilin idman filmi 
1. “Uğurlar – Elçin Əsədov”
2. “Əvvəl və sonra” (Kifayət Qasımova)
3. “Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır” (AGF)
 

2022-ci ilin idman media qurumu 
1. İTV
2. CBC Sport
3. İdman TV

Azərbaycan idmançılarının reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar mükafatlandırılıblar. Tədbir bədii hissə ilə davam edib.

writer photo
Əlirza Əlirzalı
0