Taekvondo üzrə dünya çempionatına geri sayım başlayıb - heyət açıqlandı
09.05.2023 - 20:49
Taekvondo üzrə dünya çempionatına geri sayım başlayıb  - heyət açıqlandı

Mayın 29-dan iyunun 4-dək Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının başlamasına 20 gün qalıb.
 
Apasport.az saytının məlumatına görə, “Öz gücünü alovlandır” şüarı altında sayca 26-cı dəfə təşkil olunacaq yarış Dünya Taekvondo Federasiyasının 50 illiyinə və Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə təsadüf edəcək.

Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər və yubiley konserti baş tutacaq. 

7 gün davam edəcək çempionatda ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakorava (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər. İdmançılar Bakı Kristal Zalında qələbə uğrunda mübarizə aparacaqlar. 

Qeyd ki, mundiala paytaxtımızın ev sahibliyi etmək hüququ bir il öncə verilib.

writer photo
Əlirza Əlirzalı
0