"Nyukasl" Premyer Liqanın antirekordunu təkrarladı
02.01.2024 - 10:21
"Nyukasl" Premyer Liqanın antirekordunu təkrarladı

İngiltərədə Premyer Liqanın 20-ci turunda "Liverpul" "Nyukasl"ı 4:2 hesabı ilə məğlub edib.

Apasport.az-ın xəbərinə görə, bu, "Nyukasl"ın "Liverpul"a qarşı ardıcıl məğlub olduğu 28-ci səfər matçı idi.

Sonuncu dəfə "Nyukasl" "Enfild"də 1994-cü il aprelin 16-da qalib gəlib - 2:0.

Rəqibə qalib gəlmədən 28 səfər matçı seriyası Premyer Liqanın antirekordunun təkrarı oldu.

Qeyd edək ki, "Everton" da ardıcıl 28 səfər matçında "Çelsi"yə qalib gələ bilmir. 

 

writer photo
Əlirza Əlirzalı
0