2263 günlük həsrətə son
17.11.2023 - 10:07
2263 günlük həsrətə son

Azərbaycan millisi seçmə mərhələlərdə keçirdiyi ev oyunlarındakı qələbə həsrətinə son qoyub.

Apasport.az xəbər verir ki, yığmamız 2263 gündən sonra doğma azarkeşlər önündə sevinib.

Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə oyununda İsveçi 3:0 hesabı ilə məğlub edib. Bunadək son ev qələbəsi DÇ-2018-in seçmə mərhələsində qeydə alınmışdı.

2017-ci il sentyabrın 5-də San-Marinonu qəbul edən millimiz 5:1 hesablı qələbəyə sevinib. İki böyükhesablı qalibiyyəti ayıran 2263 gündə isə uğur yığmadan üz döndərib.

Bu müddətdə milli 12 ev qarşılaşmasını qələbəsiz bitirib. DÇ-2018-in bir, AVRO-2020-nin və DÇ-2022-nin hərəsində dörd, AVRO-2024-ün üç qarşılaşmada 3 xal həsrəti yaşanıb.

writer photo
Əlirza Əlirzalı
0