"Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli I Liqanın IX turunda dünən “Karvan”a evdəki məğlubiyyətdən (2:4) sonra istefa verib.
Apasport.az xəbər ki, 39 yaşlı mütəxəssis klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib.
Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. “Şamaxı" hazırda 15 xalla 4-cüdü.
Onu da bildirək ki, Əsgərli "Şamaxı"da hələ Premyer Liqada çıxış etdiyi 2022/23 mövsümündən çalışırdı.
Xatırladaq ki, bu, I Liqada cari mövsümdə 3-cü baş məşqçi istefasıdır. Bunadək autsayderlərdə - "Araz Saatlı"da Şəhriyar Məmmədovun və "Difai Ağsu"da Paşa Əliyevin istefası baş vermişdi.