“Sabah” büdrədi, “Zirə”dən əzmkar qələbə
04.09.2022 - 22:21
“Sabah” büdrədi, “Zirə”dən əzmkar qələbə

Bu gün Misli Premyer Liqasında V tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son günündə iki matç baş tutub.

İlk dörd oyununda qalib gələn “Sabah” “Səbail”i qəbul edib. Meydan sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada qol vurulmayıb. İlk xal itkisi ilə üzləşən Murad Musayevin yetirmələri turnir cədvəlinin zirvəsinə yüksəlib.

Tura “Dalğa Arena”da yekun vurulub. “Zirə” “Qəbələ”ni qəbul edib. Oyundan hesabı qonaqlar açsa da, Rəşad Sadıqovun yetirmələri əzmkar qələbə qazanıb. Bu qarşılaşma Rəhim Sadıxovun dublu ilə əlamətdar olub.

Qeyd edək ki, növbəti turun matçları sentyabrın 9-11-də keçiriləcək.
 

Misli Premyer Liqası
V tur
4 sentyabr (bazar)
18:00. “Sabah” – “Səbail” - 0:0
Baş hakim:
Nicat İsmayıllı
“Sabah”: 12. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 19. Con İrasabal
Ehtiyat oyunçular: 1. Aleksandr Neçayev, 94. Nicat Mehbalıyev, 14. Bəxtiyar Həsənalızadə, 17. Tellur Mütəllimov, 29. Ceyhun Nuriyev, 21. İldar Alekperov, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 30. Nemət Şıxəmirov, 8. Seymur Məmmədov, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev

“Səbail”: 1. Emil Balayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 7. Ruslan Hacıyev, 3. Turan Manafov, 8. Elmir Tağıyev, 27. Emil Martinov, 11. Qoba Zakpa, 30. Franko Mazurek, 20. Fakundo Kardozo, 23. Qustavo de Fransa
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 72. Emin Zamanov, 39. Tural Bayramlı, 17. Rafael Məhərrəmli, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 5. Petro Stasyuk, 4. Maksim Çex
Baş məşqçi: Mahmud Qurbanov
“Bank Respublika Arena”

20:30. “Zirə” – “Qəbələ” - 2:1
Qollar: Rəhim Sadıxov, 45, 74 - İsnik Alimi, 35 (pen.)
Baş hakim: Rauf Cabarov
“Zirə”: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 5. Moiz Adileu, 26. Nemanya Andelkoviç
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik AlxasovŞ, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 56. Samir Ağayev, 38. Ramiz Muradov, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

“Qəbələ”: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov (k), 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 28. Murad Musayev, 4. Ruan Renato, 5. İsnik Alimi, 23. Rafael Utziq, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 18. Mehrac Baxşalı, 20. Rauf Rüstəmli, 91. Ramon Maçado, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev
“Dalğa Arena”

1

Sabah

5

4

1

0

10-2

13

2

Qarabağ

4

4

0

0

10-1

12

3

Neftçi

5

4

0

1

12-5

12

4

Qəbələ

5

3

0

2

9-5

9

5

Turan Tovuz

4

2

1

1

2-2

7

6

Zirə

5

2

1

2

6-7

7

7

Səbail

5

1

2

2

6-6

5

8

Sumqayıt

5

0

2

3

0-8

2

9

Şamaxı

5

0

1

4

2-10

1

10

Kəpəz

5

0

0

5

4-15

0

Bombardirlər: Ramil Şeydayev ("Qarabağ") - 4 qol, Coy Lens Mikels ("Sabah") - 3 qol
 

writer photo
Əlirza Əlirzalı
0