İngiltərədə noyabr-dekabrın ən yaxşılarına namizədlər bilindi
05.01.2023 - 21:30
İngiltərədə noyabr-dekabrın ən yaxşılarına namizədlər bilindi

2022-ci ilin noyabr-dekabr ayları üçün İngiltərə Premyer Liqasında məşqçi və futbolçu mükafatına namizədlər açıqlanıb.

Apasport.az xəbər verir ki, məşqçilərin mübarizəsində müəyyən olunmuş müddətdə bir dəfə də olsun məğlubiyyətlə üzləşməyən 4 mütəxəssis mübarizə aparacaq.

Mükafat üçün "Arsenal"ın baş məşqçisi Mikel Arteta (4 matçda 4 qələbə), "Brentford"dan Tomas Frank (4 matçda 2 qələbə və 2 heç-heçə), "Nyukasl"dan Edi Hau (4 matçda 3 qələbə və 1 heç-heçə) və "Liverpul"dan Yürqen Klopp (4 matçda 4 qələbə) namizəddir.

Oyunçu mükafatı uğrunda isə 8 futbolçu mübarizə aparacaq. Bunlar Kazemiro ("Mançester Yunayted", 1 məhsuldar ötürmə), Erlinq Holan ("Mançester Siti", 4 qol), Ben Mi ("Brentford", 1 məhsuldar ötürmə və 1 quru oyun), Martin Ödeqor ("Arsenal", 3 qol və 3 məhsuldar ötürmə). ), Joau Palinya ("Fulhem", 1 qol), Markus Rəşford ("Mançester Yunayted", 2 qol, 1 məhsuldar ötürmə), Bukayo Saka ("Arsenal", 2 qol, 1 məhsuldar ötürmə), "Kiran Tripyer ("Nyukasl", 2 məhsuldar ötürmə, 3 quru oyun).

writer photo
Əlirza Əlirzalı
0