Sərhat Taşdemir: “Azərbaycan klubları ilə bağlı söz-söhbətlər olsa da...”
19.01.2023 - 13:47
Sərhat Taşdemir: “Azərbaycan klubları ilə bağlı söz-söhbətlər olsa da...”

“Azərbaycandan təklif almamışdım. Təbii ki, klublardan təklif olsaydı, düşünərdim”. 

Bunu apasport.az saytına Azərbaycanın U-19 yığmasının sabiq futbolçusu Sərhat Taşdemir deyib. 

Dünən “Kocaelispor”la müqavilə imzalayan yarımmüdafiəçi Türkiyəyə yollanmasının səbəbini açıqlayıb: “Doğrudur, Azərbaycan klubları ilə bağlı söz-söhbətlər olurdu, amma bunlar ciddi və konkret olmadı. İngiltərədə qalmaq şansım olsa da, karyeramı Türkiyədə davam etmək istədim. “Kocaelispor”un təklifi mənim üçün yaxşı addım üçün seçim idi. Türkiyəyə dəvət etdilər, danışdıq və sonda razılıq əldə edildi. “Kocaelispor”a keçdiyim üçün şadam. Əlimdən gələni edəcəm. Təbii ki, özüm üçün də yaxşı şansdır. Karyera baxımından irəliləyiş əldə edə biləcəm və daha yaxşı yerlərə yüksələ biləcəm. Buna inanıram”.
 
O, bu keçidin Azərbaycan yığmasına təsirindən də danışıb: “Millidə oynamağa həmişə şad olmuşam. Təbii ki, zaman hər şeyi göstərəcək. Əvvəl də yığmada sevə-sevə oynamışam. İndi bütün fikrimi “Kocaelispor”dakı çıxışıma yönəltmişəm. Gələcək hər şeyi göstərəcək”.

Qeyd edək ki, Taşdemir son illərdə İngiltərənin aşağı liqa təmsilçilərinin formasını geyinib. 

writer photo
Əlirza Əlirzalı
0