Dünyanın ən yaxşı baş məşqçilərinin oktyabr reytinqi açıqlanıb.
Apasport.az saytının məlumatına görə, cədvələ fəaliyyətini davam etdirən 500 ən yaxşı mütəxəssis daxil edilib.
Azərbaycan klubları siyahıda iki mütəxəssislə təmsil olunub. “Top-500”də yeganə azərbaycanlı Qurban Qurbanovdur.
“Qarabağ”ın baş məşqçisi 1595 xala malikdir. Ötən ayla müqayisədə bir pillə irəliləyən 50 yaşlı mütəxəssis dünyada 210-cudur.
“Neftçi”nin çalışdırıcısı Laurentsiu Regekampf da irəliləyişə nail olub. 1627 xalla 177-ci olan rumıniyalı ötən ayla müqayisədə 2 pillə yüksəlib.
Qeyd edək ki, siyahıya Pep Qvardiola (2194) başçılıq edir. Yurgen Klopp (2112) ikinci pilləyə qayıdıb. Joze Mourinyo üçüncüdür – 2063 xal.