Ərəblərdən Alvaro Morata üçün xüsusi təklif
13.07.2023 - 15:02
Ərəblərdən Alvaro Morata üçün xüsusi təklif

Transfer bazarında fəallıq nümayiş etdirən Səudiyyə Ərəbistanı klubları daha bir futbolçunu gözaltı edib.

Apasport.az saytı xəbər verir ki, yarımada təmsilçisi bu dəfə Madrid "Atletiko"sunun və İspaniya millisinin hücumçusu Alvaro Moratanı transfer etməyə hazırlaşırlar.

Danışıqları davam etdirən ərəblər 30 yaşlı ispaniyalının ilkin təklifi ailəsinin Madriddə qalmaq istəyi səbəbindən qəbul etmədiyi bildirilir. Forvard klubunu dəyişəcəyi halda illik maaşı 50 milyon avro ola bilər. Onlar həmçinin futbolçunun ailəsi üçün yaxşı yaşayış şəraiti də vəd ediblər.

Qeyd edək ki, Morata ötən mövsüm 45 oyuna çıxıb, 15 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0