17 oyunluq seriya qırıldı
31.10.2022 - 09:16
17 oyunluq seriya qırıldı

İtaliya A seriyasının XII turunda “Torino”nun qonağı olan “Milan” 1:2 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bununla “rossonyerlər”in səfər matçlarındakı uğurlu seriyasına son qoyulub.

Belə ki, milanlıların A seriyasının ardıcıl 17 səfər oyunundakı məğlubiyyətsizlik seriyası qırılıb. Bu müddətdə komanda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.

Qeyd edək ki, hazırda “Milan” 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşır.

writer photo
Əlirza Əlirzalı
0