Yeni mövsüm üçün transfer səylərini davam etdirən "Fənərbaxça"nın gündəmində "Boka Xuniors"un futbolçusu var.
Apasport.az xəbər verir ki, İstanbul klubu Argentina nəhənginin gənc futbolçusu Kristian Medina ilə maraqlanır.
Argentina klubu 22 yaşlı futbolçu üçün 13 milyon 500 min avro tələb edir. "Fənərbaxça" rəhbərliyi rəqəmi azaltmaq üçün danışıqlar aparır.
Digər tərəfdən Argentina mətbuatı "Fənərbaxça"nın Medina üçün "Boka Xuniors"a rəsmi təklif göndərdiyini yazıb. İstanbul təmsilçisinin Kristian üçün təklifi 8+3 milyon dollar olub.
O, "Boka" forması ilə 150 matça çıxıb və 9 qol vurub, 11 məhsuldar ötürmə edib.