"Neftçi"nin yeni transferi: "Hər şey yaxşı olacaq"
17.07.2022 - 21:14
"Neftçi"nin yeni transferi: "Hər şey yaxşı olacaq"

“Neftçi”nin rəhbərliyi ilə danışdım. Oradakı layihə və komandanı çox bəyəndim. Bir həftədir buradayam, görürəm ki, çox peşəkar klubdur". 

Apasport.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kenni Sayef deyib. 

Bakı təmsilçisinin yeni transferi “Neftçi TV”yə müsahibəsində bildirib ki, belə davam etsələr, bu il çox gözəl mövsüm keçirə bilərlər: "Çox yaxşı futbolçu və məşqçi heyətimiz var. Adaptasiya yaxşı gedir. Həmin vaxt içimdə elə bir hiss var idi ki, mən o addımı atmalıydım. Ona görə də belə bir qərar verdim. İsrail milli komandasında 2 oyun forma geyindikdən sonra ABŞ millisinin uğurları üçün çıxış etməyə başladım. Hazırlıq çox yaxşı keçir. Addım-addım işləyirik. Mümkün qədər dayanmadan çalışırıq".

28 yaşlı sol cinah yarımmüdafiəçisinin sözlərinə görə, Konfrans Liqasında "Aris"lə matça səylə hazırlaşırlar: "Ağır məşqlər edirik ki, təkcə mən yox, bütün komanda Kiprdəki oyunda əlindən gələnin ən yaxşısını etmək üçün 100 faiz hazır olsun. Məşqçilər heyətinin bizi ən qısa zamanda Kiprdəki oyuna hazır edəcəyinə inanıram. Düşünürəm ki, indiki halda əvvəlcə komanda kimi inkişaf etməliyik. Bunun üçün çox yaxşı çalışırıq. Dediyim kimi, addım-addım hər şey yaxşı olacaq. Azarkeşlər səbr etdiklərinə görə onlara minnətdaram. Söz verirəm ki, azarkeşlərə görə meydanda 100 faiz gücümü ortaya qoyacağam. Ümid edirəm ki, onların gözlədiklərinin qarşılığını meydanda verə biləcəyik. Azarkeşlərlə görüşü səbrsizliklə gözləyirəm”.

writer photo
Əlirza Əlirzalı
0