“Barselona”nın Dembele problemi
15.11.2022 - 22:48
“Barselona”nın Dembele problemi

“Barselona”nın hücumçusu Usman Dembele mövsümün sonunda problemsiz komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb 25 yaşlı futbolçunun kataloniyalılarla müqaviləsində yer alan bənddir.

Məsələ burasındadır ki, Fransa millisinin üzvünün sərbəst qalma məbləği 2023-cü ilin iyun-iyul aylarında 100 milyondan 50 milyon avroya düşəcək. Bu da onunla maraqlanan klubların futbolçunu asanlıqla əldə etməsinə kömək ola bilər.

Qeyd edək ki, Usman Dembele yay fasiləsində “Barselona” ilə yeni 2 illik müqavilə bağlayıb.
 

writer photo
Əlirza Əlirzalı
0