AVRO-2024-ün biletləri satışa çıxarıldı
03.10.2023 - 17:15
AVRO-2024-ün biletləri satışa çıxarıldı

AVRO-2024-ün biletləri satışa çıxıb.

Apasport.az saytı xəbər verir ki, Almaniyanın evsahibliyində təşkil olunacaq qitə birinciliyinin biletlərinin ilk mərhələsinin satışına bu gün start verilib.

Futbolsevərlər AVRO-2024-ün rəsmi səhifəsinə (www.euro2024.com) daxil olaraq bilet ala və ya çəkilişlərə qatıla bilərlər. Biletlərin qiyməti 30-1000 avro arasında dəyişir.

Qeyd edək ki, 24 komandanın yer alacağı Avropa birinciliyi 14 iyun-14 iyul tarixlərində Almaniyanın 10 şəhərinin 10 stadionunda baş tutacaq.
 

writer photo
Əlirza Əlirzalı
0