5-ci duel: Sindrom qırılacaqmı?
20.03.2023 - 17:47
5-ci duel: Sindrom qırılacaqmı?

Azərbaycan millisi bu həftə növbəti sınağına çıxacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2024-ün seçmə mərhələsinə Avstriya ilə səfər matçı ilə başlayacaq.

Bu, iki komanda arasında 5-ci duel olacaq. İndiyədək avstriyalılarla 2 dəfə eyni qrupa düşən millimiz DÇ-2006 və AVRO-2012-nin seçmə mərhələsində bu rəqibin gücünə şahid olub.

Ortabab Avropa yığması millimiz üçün çətin rəqib sayılır. Belə ki, iki seçmə mərhələdəki 4 qarşılaşmada cəmi 1 xal əldə olunub. Üç dəfə uduzan yığmamız 1 qol vurub və 9-nu buraxıb.

Səfərdə iki dəfə quru hesabla uduzan millimiz uğursuz seriyaya da malikdir. Belə ki, son iki sınaq darmadağınla nəticələnib.

Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də keçiriləcək.

DÇ-2006-nın seçmə oyunları
8 sentyabr 2004. Vyana. Avstriya – Azərbaycan – 2:0
7 avqust 2005. Bakı. Azərbaycan – Avstriya – 0:0
AVRO-2012-nin seçmə oyunları
8 oktyabr 2010. Vyana. Avstriya – Azərbaycan – 3:0
7 oktyabr 2011. Bakı. Azərbaycan – Avstriya – 1:4

writer photo
Əlirza Əlirzalı
0