"Fənərbaxça"da Mourinyo səsləri
13.03.2024 - 16:39
"Fənərbaxça"da Mourinyo səsləri

Super Liqada çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça" üçün İtaliyada diqqəti çəkən iddia ortaya atılıb.

Apasport.az "Calciomercato" nəşrinə istinadla xəbər verir ki, "Roma"nın sabiq baş məşqçisi Joze Mourinyonun "Fənərbaxça"nın radarında olduğu iddia edilib.

Xəbərdə İstanbul təmsilçisinin İsmayıl Kartaldan razı olduğu, lakin mövsümün sonunda çempion ola bilməsələr, məşqçi dəyişikliyi ediləcəyi bildirilib. Bu ssenarinin baş verəcəyi təqdirdə Joze Mourinyonun "bülbüllər" üçüb güclü namizəd olduğu iddia edilib.

Qeyd edək ki, Mourinyo sonuncu dəfə 2023-2024 mövsümündə "Roma"nı çalışdırıb. Portuqaliyalı çalışdırıcı 28 oyun keçirib, 9 məğlubiyyət, 6 heç-heçə və 13 qələbə ilə yadda qalıb.

 

writer photo
Əlirza Əlirzalı
0