Bakı kəndləri arasında futbol turnirində qrup mərhələsinin III turuna yekun vurulub.
Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə 8 oyunda qapılara 41 qol vurulub.
Ən böyük hesab “Fatmayı” – “Məmmədli” görüşündə qeydə alınıb. İkincilər 10:1 hesablı qələbə qazanıb. “Maştağa” “Nardaran”ı 3:1, “Kürdəxanı” isə “Pirşağı” komandasını 7:0 hesabı ilə məğlub edib. “Masazır” “Biləcəri”yə uduzub 3:6. “Saray” “Binəqədi” ilə bacarmayıb – 0:4.
“Sabunçu” – “Ramana”, “Balaxanı” “Zabrat” görüşləri 1:1 hesabı ilə yekunlaşıb. “Mehdiabad” “Aşağı Güzdək”in qapısından 2 cavabsız top keçirib.
Qeyd edək ki, yarışlara ümumilikdə 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq cəlb olunub. 8 qrupda keçirilən turnirə noyabrın 13-də final qarşılaşması ilə yekun vurulacaq.