A seriyasında istefa
13.09.2022 - 15:32
A seriyasında istefa

İtaliya A seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Montsa” Covanni Stroppa ilə yollarını ayırıb.

Buna komandanın uğursuz nəticələri səbəb olub. 6 oyunda 1 xal toplayan komanda turnir cədvəlində sonuncu pillədə qərarlaşıb. Komandaya gənclərdən ibarət heyəti çalışdıran Raffaele Palladino rəhbərlik edəcək.

Qeyd edək ki, Stroppa 2021-ci ilin mayından “Montsa”nın baş məşqçisi idi.
 

writer photo
Əlirza Əlirzalı
0