Abbasov ilk oyunda Karlsenə uduzdu
19.08.2023 - 20:31
Abbasov ilk oyunda Karlsenə uduzdu

Bakıda keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.

Apasport.az-ın məlumatına görə, azərbaycanlı şahmatçı Nicat Abbasov beşqat dünya çempionu Maqnus Karlsenlə üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan Nicat Abbasov rəqibinə məğlub olub. Yarımfinalın ikinci oyunu sabah keçiriləcək.

Qeyd edək ki, Dünya Kubokuna avqustun 25-də yekun vurulacaq.
 

writer photo
Əlirza Əlirzalı
0