“WhoScored” geridə qalan mövsümdə Avropanın ən yaxşı 5 liqasının simvolik komandasını tərtib edib.
Apasport.az saytının məlumatına görə, seçim oyunçuların mövsüm ərzində matçlardakı orta göstəricilərinə əsasən aparılıb.
Ən yüksək reytinq xalı Kilian Mbappedə olub. Maraqlıdır ki, PSJ-nin qolçusu siyahıya yarımmüdafiəçi kimi salınıb.
Qapıçı: Mayk Menyan (“Milan”) - 6,92;
Müdafiəçilər: Joao Kanselo (“Mançester Siti”) - 7,43, Joel Matip (“Liverpul”) - 7,35, Niko Şlotterbek (“Frayburq”) - 7,39, Trent Aleksander-Arnold (“Liverpul”) - 7,51;
Yarımmüdafiəçilər: Kilian Mbappe (PSJ) - 8,04, Kevin De Bruyne (“Mançester Siti”) - 7,64, Kristofer Nkunku (“Leypsiq”) - 7,64, Lionel Messi (PSJ) - 7,77;
Hücumçular: Kərim Benzema (“Real”) - 7,69, Robert Levandovski (“Bavariya”) - 7,89.