Messinin Mayamidəki muzeyi apreldə açılacaq
18.10.2023 - 22:33
Messinin Mayamidəki muzeyi apreldə açılacaq

Argentina yığmasının ulduzu Lionel Messinin interaktiv muzeyi açılacaq.

Apasport.az saytı xəbər verir ki, Mayami şəhərində baş tutacaq muzey gələn il aprelin 25-nə planlaşdırılıb.

“The Messi Experience Park” adalanan muzeydə Messinin keçdiyi həyat yolu nümayiş olunacaq. Azarkeşlər Leonun Rosariodakı uşaqlıq illəri, karyerasında inkişaf mərhələsini izləmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, Messi verdiyi açıqlamada layihə nəticəsində azarkeşlərin onun meydanda və ondan kənardakı həyatını hiss edəcəklərini bildirib. 
 

writer photo
Əlirza Əlirzalı
0