“Bu qələbə Xorvatiya xalqınındır".
Apasport.az xəbər verir ki, bunu Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç deyib.
Daliç DÇ-2022-nin 1/4 finalında Braziliya üzərində qələbədən (1:1, penaltilər üzrə 4:2) sonra emosiyalarını bölüşüb: "Əhsən uşaqlar, biz əsas favoriti turnirdən kənarlaşdırdıq. Bu, Xorvatiyadır. Bizi heç vaxt dəyərləndirmirsiniz, mən ki demişdim. Biz bununla işimizi bitirmirik, davam edirik. Hər kəs əlindən gələni etdi. Futbolçularım çılğındır. Biz fəxr edirik, biz cəsur idik və xorvatlar həmişə uğur qazanır”.
Qeyd edək ki, Xorvatiya turnirin yarımfinalında Niderland – Argentina matçının qalibi ilə oynayacaq.