"Real Sosyedad"da yeni hücumçu
17.01.2024 - 11:16
"Real Sosyedad"da yeni hücumçu

"Real Sosyedad" hücum xəttini gücləndirməyə hazırlaşır.

Apasport.az xəbər verir ki, La Liqa təmsilçisi “Union”dan Şeraldo Bekerə elçi düşüb.

Klublar arasında danışıqların müsbət yöndə davam etdiyi bildirilir. Surinam millisinin 28 yaşlı futbolçusu yaxın günlərdə İspaniyaya köçəcək.

Qeyd edək ki, bu mövsüm Almaniya klubunda 18 matç keçirən Beker 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0