"Neftçi” yeni transferlə güclənib. "Ağ qaralar"ın FKSB-in müdafiəçisi Siyabonqa Nqezana ilə uzun sürən danışıqları müsbət yekunlaşıb.
Apasport.az xəbər verir ki, bütün detallarda razılıq əldə olunub. Təmsilçimiz afrikalı legionerin transferinə görə müəyyən məbləğdə təzminat da ödəməli olub. Lakin məbləğ bir müddət əvvəl iddia olunan 7 milyon avrodan çox aşağıdır.
Yeni transfer qısa müddətdə "ağ qaralar"ın düşərgəsində olacaq. Nqezana 2023-cü ildə "Kayzer Çifs" klubundan FCSB klubuna keçib. 27 yaşlı arxa xətt oyunçusu ötən mövsüm meydana çıxdığı 31 matçda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.