Yığmanın oyununa görə deputatlar iclası yarımçıq tərk etdilər
23.11.2022 - 17:25
Yığmanın oyununa görə deputatlar iclası yarımçıq tərk etdilər

Xorvatiya yığmasının Qətərdəki dünya çempionatında keçirdiyi ilk oyun ölkə parlamentinin fəaliyyətinə də təsir göstərib.

Apasport.az saytının məlumatına görə, Mərakeşlə qolsuz bərabərə nəticələnən matçı izləmək üçün deputatlar parlamentin iclasını yarımçıq tərk ediblər. 

Bu üzdən yerli vaxtla saat 11:00-dan 13:00-a qədər fasilə elan edilib. Bəzi deputatlar artıq işə millinin formasını geyinərək gedir.

Qeyd edək ki, F qrupunda yer alan Xorvatiya yığması növbəti oyununu noyabrın 27-də Kanadaya qarşı keçirəcək.
 

writer photo
Əlirza Əlirzalı
0