"Sabah" millinin futbolçusu ilə güclənmək istəyir
19.06.2024 - 14:54
"Sabah" millinin futbolçusu ilə güclənmək istəyir

“Sabah” “Neftçi”nin müdafiəçisi Azər Əliyevi heyətinə qatmaq haqda düşünür.

Apasport.az saytına verilən məlumata görə, Masazır təmsilçisi müdafiənin sol cinahındakı rəqabəti artırmaq və yerli limitini genişləndirmək üçün millimizin də formasını geyinən Əliyevi transfer etmək istəyir.

Bu keçidin reallaşıb-reallaşmayacağı yaxın vaxtlarda dəqiqləşəcək.

Məsələ burasındadır ki, “Sabah” “Neftçi”nin digər futbolçusu Eddi İsrafilovu da heyətinə qatmaq niyyətindədir. İsrafilovun “Neftçi” ilə müqavilə müddəti bu ayın sonunda başa çatacaq.

Əliyev isə 2025-ci il iyunun 30-na qədər “ağ-qaralar”a məxsusdur. Buna görə də, paytaxt klubu “Sabah”dan transfer üçün təzminat istəyəcək.

writer photo
Əlirza Əlirzalı
0