Dünya çempionuna MLS-dən təklif
31.12.2023 - 16:47
Dünya çempionuna MLS-dən təklif

"Tottenhem"in qapıçısı Uqo Loris İngiltərəni ABŞ-a dəyişə bilər.

Apasport.az xəbər verir ki, MLS-də çıxış edən "Los-Anceles" onu heyətinə qatmağa yaxındır. 

Dünya çempionu bu mövsüm italyan futbolçu Vikario Quqlielmonun kölgəsində qalıb. 37 yaşlı qolkiper bu səbəbdən transferə isti yanaşır. Fransız oyunçunun İngiltərənin "Nyukasl" klubuna keçmək ehtimalı da var.

Qeyd edək ki, Loris “Tottenhem”də 444 qarşılaşmada iştirak edib, bunun 151-də qapını toxunulmaz saxlayıb.

writer photo
Əlirza Əlirzalı
0