Argentina Di Mariyanın qolu ilə qələbə qazandı
10.06.2024 - 09:37
Argentina Di Mariyanın qolu ilə qələbə qazandı

Argentina millisi Ekvador yığması ilə yoldaşlıq oyunu keçirib.

Apasport.az xəbər verir ki, qarşılaşma Argentinanın minimal hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu Anxel Di Mariya vurub.

Qeyd edək ki, Argentina yığması iyunun 20-də start götürəcək Amerika Kubokunda mübarizə aparacaq. Yoldaşlıq görüşü məhz bu matçlara hazırlıq məqsədi daşıyır.

writer photo
Əlirza Əlirzalı
0