Daha bir futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, "Əl-İttifaq" qış transfer pəncərəsində "Mançester Yunayted"in hücumçusu Antoni Marsialı almağı planlaşdırır.
Ərəblər bu məqsədlə qarşı tərəfə 10 milyon avro verməyə hazır olduğunu açıqlayıb. Daha əvvəl mankunyanların fransızla müqaviləni yeniləməyəcəyi və onun 2024-cü ilin yayında klubu tərk edəcəyinin xəbərini vermişdik.
Qeyd edək ki, bu mövsüm “Mançester Yunayted” forması ilə 19 matça çıxan Marsial 2 qol vurub və 2 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı 28 yaşlı futbolçuya 15 milyon avro qiymət qoyub.