“Tottenhem”in müdafiəçisi “Lids”də
11.08.2023 - 11:28
“Tottenhem”in müdafiəçisi “Lids”də

“Tottenhem”in futbolçusu Co Rodonun yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, müdafiəçi “Lids”ə icarəyə verilib.

25 yaşlı uelslinin müqaviləsi 1 il üçün nəzərdə tutulub. O, 2023/24 mövsümünün sonunadək Çempionşip təmsilçisində forma geyinəcək.

Qeyd edək ki, Rodon ötən mövsümü icarə əsasında “Renn”də keçirib. O, 22 matçda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0