Yaponlarla birlikdə UDUZDU
28.11.2022 - 13:24
Yaponlarla birlikdə UDUZDU

Bukmeker kontorlarında daha bir böyük mərc qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, proqnozsevərlərdən biri Yaponiya və Kosta-Rika millilərinin qarşılaşmasına böyük məbləğdə vəsait qoyub.

O, asiyalıların qələbə qazanacağını təxmin edib. Better Yaponiyanın favorit sayıldığı matçda “Gündoğar ölkə” təmsilçisinə 181 min 482 dollar yatırıb.

Qələbəsi 1,50 əmsalla dəyərləndirilən asiyalılar proqnozsevərə 90 min 741 dollar xeyir verməli idi. Lakin 81-ci dəqiqədə Kosta-Rikanın vurduğu qol onun xəyallarının üstündən xətt çəkib. Bu qarşılaşmada təkcə yaponiyalılar deyil, həm də onlara inanaraq risk edən bettter də uduzub.

Qeyd edək ki, Yaponiya ilk turda 2:1 hesabı ilə məğlub etmişdisə, Kosta-Rika İspaniyadan 7 cavabsız qol buraxmışdı.

writer photo
Əlirza Əlirzalı
0