“Barselona”nın Hakim planı
21.01.2023 - 18:19
“Barselona”nın Hakim planı

“Barselona” və “Çelsi” arasında futbolçu dəyişikliyi baş verə bilər.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Memfis Depayın “Atletiko”ya keçidindən sonra yeni oyunçu almağı planlaşdırır.

La Liqa təmsilçisi Hakim Ziyeşin xidmətində maraqlıdır. “Barselona” mərakeşli yarımmüdafiəçini ötən yay da heyətinə qatmaq istəyirdi. Lakin sonda klub rəhbərliyi Ferran Torresin transferinə üstünlük verib. “Çelsi” Ziyeşin əvəzinə Frenk Kessyeni istəyir.

Qeyd edək ki, Hakim cari mövsüm Premyer Liqanın 9 matçında 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0