Arda Gülər "Real" tarixinə düşdü
27.04.2024 - 10:08
La Liqanın 33-cü həftəsində "Real Madrid" səfərdə "Real Sosyedad"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, qarşılaşmaya ilk 11-də başlayan Arda Gülər matçın 29-cu dəqiqəsində komandasını önə çıxaran qolu vurdu.
Beləliklə, türk futbolçu "Real Madrid" tarixinə düşüb.
"Opta"nın məlumatına görə, Arda 21-ci əsrdə "Real Madrid"lə La Liqada ilk 11-də matça başlayıb qol vuran ən gənc ikinci futbolçu olub - 19 yaş 61 gün.
Qeyd edək ki, sıralamada Rodriqo birincidir - 18 yaş 294 gün. Cud Bellingem isə 20 yaş 44 günlük ikən bu uğura imza atıb.
0
0