"İnter"dən Barella qərarı
17.06.2023 - 16:55
"İnter"dən Barella qərarı

"İnter"in yarımmüdafiəçisi Nikolo Barella ilə bağlı qərarını açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, 26 yaşlı oyunçu daha bir mövsüm İtaliya komandasında qalacaq.

“Neradzurri” ilə 2026-cı ilə qədər müqaviləsi olan Nikola komandanı tərk etmək istəsə də, rəhbərliklə danışıqlardan sonra fikrindən daşınıb. 

Xüsusilə, İngiltərə klublarının maraq dairəsində olan İtaliya millisinin üzvü ötən mövsüm 52 matçda meydana çıxıb. Bu oyunlarda 9 qol vuran Barella, 10 məhsuldar ötürmənin də müəllifi olub.
 

writer photo
Əlirza Əlirzalı
0