"Alaves" "Betis"i Kral Kubokundan kənarlaşdırdı
07.01.2024 - 13:35
"Alaves" "Betis"i Kral Kubokundan kənarlaşdırdı

"Betis" İspaniya kubokunun 1/16 finalında "Alaves"ə uduzub.

Apasport.az xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu 57-ci dəqiqədə Karlos Benavidez vurub.

Bundan əvvəl "Atletiko", "Jirona", "Valyekano" və "Xetafe" Kral Kubokunun 1/8 finalına yüksəlib.

"Betis" Kral Kubokunda çıxışını başa vursa da, La Liqada 7-ci yerdədir. “Alaves” isə çempionatda 15-cidir.

 

writer photo
Əlirza Əlirzalı
0