Hazırda bəzi əcnəbi klublar “Qarabağ”ın futbolçuları Kadi Borqes və Marko Veçoviçlə danışıqlar aparırlar.
Apasport.az xəbər verir ki, bu haqda qol.az saytına müsahibəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.
“Düzdür, Veşoviçin müqaviləsi mayda başa çatır. Kadi ilə müqavilə olsa da, orada futbolçunun özünün klubu tərk edə biləcəyinə dair maddə də var. Kadi ilə cox ciddi danışıqlar aparan xarici klub var. Bunlar bizə problem yarada bilər. Futbolçularımıza gələn təkliflərlə bağlı xəbərlər əsasən doğrudur. Elə təklif ola bilər ki, biz qarşısını ala bilmərik. Bu gün bizimlə olan oyunçular sabah olmaya bilərlər”, – deyə Qurban Qurbanov bildirib.