Rusiyanın "Akron" klubunun müdafiəçisi Nemanya Ancelkoviç yenidən Azərbaycana qayıda bilər. Serbiyalının komandası hazırda birinci liqada Premyer Liqa uğrunda mübarizə aparır. Buna baxmayaraq, onun ölkəmizə qayıtmaq ehtimalı yüksəkdir.
Apasport.az saytına verilən məlumata görə, serbiyalı müdafiəçiyə maraq göstərən komandalar az deyil. Hələ ötən mövsümün qış fasiləsində "Neftçi"yə keçidi gündəmdə olsa da, transferi baş tutmayan Nemanyanın Premyer Liqada çıxış edən "Sabah" və "Səbail"in maraq dairəsində olduğu iddia edilir. Hətta onun Azərbaycandakı sabiq komandası "Zirə"nin də Ancelkoviçi geri qaytarmaqda maraqlı olduğu bildirilir.
27 yaşlı futbolçunun "Akron"la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. Amma futbolçunun Azərbaycan klublarının birində konkret və maliyyə şərtləri uyğun təklif olacağı təqdirdə, ölkəmizə olan sevgisinə görə Premyer Liqamıza qayıtmağa üstünlük verəcəyi deyilir.