"Qarabağ" qalib gəldi, Azərbaycan reytinqdə irəlilədi
16.02.2024 - 09:57
"Qarabağ" qalib gəldi, Azərbaycan reytinqdə irəlilədi

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı 4:2 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, bu qələbə Azərbaycana UEFA reytinqində növbəti xalları qazandırıb.

Belə ki, Ağdam klubu Portuqaliyada qələbə qazanmaqla, ölkə reytinqinə daha 0,500 əmsal əlavə edilib. 

Son 5 mövsümdəki ümumi əmsallarının sayı 19,625-ə bərabərdir. Nəticədə Azərbaycan UEFA reytinqində Slovakiyanı geridə qoyaraq, 27-ci pilləyə yüksəlib. Hər 2 ölkə eyni əmsala malikdir. Lakin klublarımızın cari mövsüm daha çox xal toplamaları irəliləməyimizə yol açıb.

Reytinqə 100,803 əmsalla İngiltərə başçılıq edir. 

writer photo
Əlirza Əlirzalı
0