Super Liqadan Millətlər Kubokuna
29.12.2023 - 17:02
Super Liqadan Millətlər Kubokuna

Fil Dişi Sahili millisinin Afrika Millətlər Kuboku üçün heyəti açıqlanıb.

Apasport.az xəbər verir ki, Türkiyə Super Liqasından 2 futbolçu qitəmiqyaslı turnirdə iştirak edəcək.

“Trabzonspor”dan Nikolas Pepe və “Qaziantep FK”dan Maks Qradel yığmaya dəvət olunub. Vilfrid Zaha və Erik Bayli kimi ulduzlar Fil Dişi Sahilinin Afrika Millətlər Kuboku üçün heyətinə daxil edilməyib.

Qeyd edək ki, Afrika Millətlər Kuboku yanvarın 13-dən fevralın 11-dək Fil dişi Sahilində keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0