“Qalatasaray” onunla müqaviləni yeniləyəcək
27.09.2023 - 18:18
“Qalatasaray” onunla müqaviləni yeniləyəcək

“Qalatasaray” daha bir futbolçusu ilə danışıqları müsbət yekunlaşdırıb.

Apasport.az saytı xəbər verir ki, “cim-bom” sağ cinah oyunçusu Saşa Boeyin müqaviləsini yeniləyəcəyini açıqlayıb.

23 yaşlı fransız futbolçunun 2025-ci ildə bitəcək razılaşmasının bir neçə il daha artırılması planlaşdırılır. Yeni anlaşmada futbolçunun 450 min avro olan maaşı 1 milyon 250 minə çatdırılacaq. Bundan başqa, İstanbul klubu müqaviləyə oyunçunun sərbəst qalma məbləği olaraq 25 milyon avro əlavə olunmasını istəyir.

Qeyd edək ki, bu mövsüm 13 matçda iştirak edən Boey rəqib qapılarına bir dəfə yol tapıb.

writer photo
Əlirza Əlirzalı
0