Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə
07.08.2024 - 11:35
Abdullah Zubir: "Pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var" - Müsahibə

“Qarabağ”ın futbolçusu Abdullah Zubir “Ludoqorets”lə matçdan sonra jurnalistlərə müsahibə verib.

Apasport.az müsahibəni təqdim edir: 

- “Ludoqorets”lə görüş haqda hansı fikirdəsən?
- Top səviyyədə oyun oldu. Biz bunu gözləyirdik və hazırlaşırdıq. İnanıram ki, ilk oyundakı məğlubiyyətə baxmayaraq gələn həftə pley-off mərhələsinə vəsiqə qazanmağa şansımız var. Bu bir həftə ərzində daha yaxşı məşq edəcəyik. Allah qoysa, qarşıdakı həftə Bolqarıstandan yaxşı nəticə ilə qayıdarıq.

- Demək olar ki, komandanızın bəxti gətirmədi?
- Bu futboldur, qəbul etməliyik. Ümid edirəm ki, gələn həftə bəxtimiz daha çox gətirəcək. Yaratdığımız qol şanslarından daha çoxunu vuracağıq. Bu da bizə növbəti mərhələyə vəsiqə qazanmağa bəs edəcək.

- Qurban Qurbanov mətbuat konfransında bildirdi ki, baş hakimin “Ludoqorets”ə simpatiyası hiss olunurdu. Sən nə düşünürsən?
- Hakimin qərarlarına şərh verməyi sevmirəm. Amma deyərdim ki, bizə çox sadə sarı vərəqələr göstərirdi. “Ludoqorets” tərəfinə isə göstərmirdi. Halbuki bunu edə bilərdi. Ancaq hakimin qərarlarını şərh etməyi sevmirəm. Belədir. Bunu qəbul etməliyik.

- Səfərdə qələbə qazanaraq oyunu əlavə dəqiqələrə, penaltilərə qədər apara bilərsiz. Fiziki olaraq buna hazırsız?
- İlk hədəf oyunun taleyini 90 dəqiqədə həll etməkdir. Sözsüz ki, əlavə dəqiqələr və penaltilər də lazım olarsa, biz buna hazır olacağıq.

- Birinci oyun göstərdi ki, “Ludoqorets”i səfərdə udmaq olar?
- Biz öz keyfiyyətimizə inanırıq. Öz keyfiyyətimizə inanaraq da, bilirik ki, bu rəqibi keçə bilərik. Bu rəqiblə oynayıb, qalib gəlib, mərhələ də adlamaq olar.

writer photo
Əlirza Əlirzalı
0