"Mançester Yunayted"dən yeni müqavilə
25.09.2023 - 12:13
"Mançester Yunayted"dən yeni müqavilə

"Mançester Yunayted" daha bir futbolçusu ilə müqaviləni yeniləyir.

Apasport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” yarımmüdafiəçi Hannibal Mejbrinin komandada qalmasını istəyir. 

20 yaşlı tunisli futbolçunun Mançester klubu ilə razılaşması bu mövsümün sonunda bitir. Hazırda Mejbrinin agenti ilə danışıqlara başlayan “mankunyanlar“ onun uzun müddət komandaya xidmət etməsini planlaşdırırlar.

Qeyd edək ki, 2022-ci ildən “Mançester Yunayted”in şərəfini qoruyan Hannibal bu mövsüm 3 matçda iştirak edib və 1 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0