Oblak “Mançester Yunayted”in hədəfində
11.11.2022 - 17:51
Oblak “Mançester Yunayted”in hədəfində

“Atletiko”nun qapıçısı Yan Oblak karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, sloveniyalı qolkiper “Mançester Yunayted”in hədəfindədir.

O, David de Xeanın gedişindən sonra onu əvəzləməyə əsas namizəddir. Oblakın özü də Premyer Liqaya keçməyin əleyhinə deyil.

Qeyd edək ki, 29 yaşlı qapıçının “Atletiko” ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. Onun transfer qiyməti 40 milyon avrodur.

writer photo
Əlirza Əlirzalı
0