Abdullah Zubir yubiley qolunu vurub
03.06.2024 - 10:16
Abdullah Zubir yubiley qolunu vurub

Azərbaycan Kubokunun final oyunundakı həlledici qol Abdullah Zubir üçün əlamətdar olub.

Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, fransalı futbolçu “Qarabağ”ın heyətində 60-cı dəfə fərqlənib.

O, “Zirə” ilə görüşdə komandasına 2:1 hesablı qələbə qazandıran qolun müəllifi olub. Zubir 60-cı qolunu 262-ci matçında vurub. Fransalı Premyer Liqada 42, avrokuboklarda 14, ölkə kubokunda 4 dəfə adını tabloya yazdırıb.

Qeyd edək ki, A.Zubir 2018-ci ilin yayından “Qarabağ”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0