“Çelsi” üç müdafiəçisi ilə vidalaşacaq
11.10.2023 - 13:44
“Çelsi” üç müdafiəçisi ilə vidalaşacaq

“Çelsi”nin qış transfer pəncərəsi ilə bağlı planları bəlli olub.

Apasport.az xəbər verir ki, İngiltərə klubu heyətdə bəzi islahatlar aparmağı planlaşdırır.

Klub rəhbərliyi bir neçə oyunçu ilə vidalaşmağa qərar verib. Bu futbolçulardan üçünün adı dəqiqləşib.

Londonlular üç müdafiəçini satmağı planlaşdırır. Malanq Sarr, Trevor Çaloba və Yan Maatsen “Çelsi”nin “qara siyahı”sındadır.

Qeyd edək ki, paytaxt təmsilçisi hazırda Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0