Millətlər Liqasının oyunları davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün A liqasında İspaniya və Çexiya yığmaları üz-üzə gələcək.
Rusiyalı futbol eksperti Maksim Sallivon qarşılaşmaya proqnoz verib:
Malaqadakı “Rosaleda” stadionu Millətlər Liqasının matçını qəbul edəcək. İspaniya və Çexiya milliləri üç xal üçün mübarizə aparacaq.
A divizionunda yarışan rəqiblər bir müddət əvvəl Çexiyanın meydanında görüşüb. Həmin vaxt nominal autsayder gözlənilmədən pireneylilərdən xal alıb.
Fikrimcə, meydan sahibləri bu dəfə bütün qüvvəsini qoyacaq ki, son uğursuzluqların əvəzini çıxsın. İspaniyalılar artıq yetərincə xal itirib.
Növbəti uğursuzluqlar arzuolunmazdır. Meydan sahibləri bu matça çox ciddi yanaşacaq.
“Furiya”dan qələbə gözləməyə hər cür əsas var. Qələbənin minimalhesablı olmamaq ehtimalı da çox yüksəkdir. Mən də pireneylilərin ən azı 2 top fərqilə qalib gələcəyini təxmin edirəm. Bu, ən yaxşı variantdır.
Proqnozum: Fora1 (-1)